İlk səhifə Əsas səhifə
Rəhbərlik
Mühasibatlıq
İnternet Klub
Nöqsanlar
Sxemlər
Xəritə
Qalereya
Forum
Telefon borcu
"Abonent Şöbəsi"
Bu səhifədə biz sizi Lənkəran Telekommunikasiya Qovşağında yol verilmiş ciddi nöqsanlarla tanış edəcəyik. Yol verilən bu nöqsanlara görə bizim idarənin rəhbər vəzifələrində çalışan 4-5 nəfər bunun xeyrini gördüyü halda işçilərin payına isə təhqir olunmaq və öz haqlarını tələb etdikdə isə rəhbərliylə üz-göz olmaq düşür. Abonent Şöbəsinin işçiləri bilmək istəyirlər ki, niyə 3 və 6 aydan çox danışıq borcları olan nömrələr danışıq borcuna görə xətdən ayrılmaq və ya cərimə olunmaq əvəzinə hələ də həmin nömrələr işlək vəziyyətdədirlər? Görəsən bunu Lənkəran TKQ rəhbərliyi, eləcə də hal-hazırda Lənkəran TKQ-nın baş mühəndisi vəzifəsində çalışan Ağamir Hüseynov və Abonent Şöbəsinin rəisi vəzifəsində çalışan Namikin xəbəri yoxdurmu? Əksinə elə həmin nömrələrin, yəni 3 və 6 aydan çox borcu olan nömrələrin hal-hazırda işləməsi, xətdən ayrılmaması elə adı çəkilən 2 şəxsin, yəni Lənkəran TKQ-nın baş mühəndisi vəzifəsində çalışan Ağamir Hüseynov və Abonent Şöbəsinin rəisi vəzifəsində çalışan Namikin xeyrinə olduğundan həmin nömrələr hələ də xətdən ayrılmamışlar. Həmin borcu olan nömrələrin abonentlərindən müəyyən məbləğdə pul alınmaqla, onların nömrələrinin danışıq borclarının ödənilməməsi qalmaq şərti ilə işləməsi təmin olunur. Bu cür 3 və 6 aydan çox danışıq borcu olan nömrələrə Lənkəran TKQ-da ATS-4 və ATS-5 daxilində olan nömrələr içərisində rast gəlmək mümkündür. Əlbətdə ki, adı çəkilən ATS-lərdə ciddi yoxlamalar aparılsa, bunun şahidi olmaq mümkündür. Dəfələrlə Abonent Şöbəsinin kollektivi tərəfindən həmin şöbənin rəisi Namikə, sonra isə Lənkəran TKQ-nın rəisi Camal Əkbərov və qovşağın baş mühəndisi Ağamir Hüseynova belə nömrələrin xətdən ayrılması barədə müraciətlər edilmişdir. Amma adı çəkilən şəxslər, yəni Lənkəran TKQ-nın rəisi Camal Əkbərov, qovşağın baş mühəndisi Ağamir Hüseynov və Abonent Şöbəsinin rəisi Namik öz maddi xeyirlərinə görə işçilərin qanuni müraciətlərinə əhəmiyyət verməmişlər.